İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranı 7 saat bombalayıb - HESABAT

ABŞ ordusu İrana qarşı daha bir seriya zərbələr zamanı onlarla hədəfə zərbə endirib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X səhifəsində açıqlayıb: "CENTCOM, Şərq vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə, 15 iyul, 06.00) İrana qarşı əlavə hücumlar həyata keçirib və Hörmüz boğazı yaxınlığında və İranın sahil ərazilərində onlarla hədəfi vurub".

Komandanlıq hücumun yeddi saat davam etdiyini bildirib: "Yeddi saatlıq hücum dalğası zamanı Amerika qırıcı təyyarələri, dronları və gəmiləri İranın raket və dron obyektlərinə, dəniz aktivlərinə və sahil müdafiə sistemlərinə zərbə endirmək üçün dəqiq idarə olunan sursatlardan istifadə edib".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR