Onlayn ictimai-siyasi qəzet
Belə bir məşhur məsəl var, deyirlər, bir dəlilər, bir də ölülər fikirlərini dəyişmirlər. Xeyli dərəcədə dəqiq ifadə olunmuş kəlamdır.
Çünki ölülərin öz fikirlərini dəyişmək imkanları bəlli səbəbdən sıfırdır. Dəlilər, yəni manyak və psixopatlar da üzrlü səbəblərdən bu imkandan məhrumdurlar, yoxsa nədən manyak olurdular ki? Onlar qafaya bir şeyi qoydularmı, sona qədər elə də gedirlər, dayanıb düşünmək, fikir dəyişdirmək söhbəti yoxdur.
Yox, hansısa dəli deyilən şəxs bir gün həmişəki mövqeyindən geri çəkilirsə, tamam başqa bir rəy irad edirsə, demək, o qədər də dəli deyilmiş, sadəcə, özünü dəlioğlanlığa qoyubmuş.
Həyatda elə adamlar da var ki, çılğınlığq edə, emosional ovqata tez qapıla bilirlər, gah ağıllı-ağııllı danışır, gah da səyləyirlər, bir gün bir fikir deyir, ertəsi gün onunla daban-dabana zidd hərəkətlər edirlər və ictimaiyyəti çaş-baş qoyurlar. Adam bilmir onların hansı insan tipinə aid etsin.
Məşhur bəstəkar-müğənnimiz Elza Seyidcahan da xalqımızı tez-tez çaşqın vəziyyətə salan, onu gah heyrətləndirən, gah da əyləndirən sənətkarlardandır. Müxtəlif vaxtlarda biz onu çox fərqli imiclərdə görmüşük.
Hətta bir dəfə özüm “Gənclik”dəki alış-veriş mərkəzində bir hadisənin şahidi oldum. Paltar-palaz rəflərinin arasında çalışan bir satıcı qız mobil telefonuna baxdı, qəfildən güldü və başını qaldırıb gülə-gülə digər satıcı həmkarlarını səslədi: “Ay qızlar, bura gəlin, Elzanın təzə şeirini paylaşıblar!” O biri bölmələrdən 3 qız dərhal ona tərəf qaçdılar və telefonda şeiri oxuyaraq bərkdən gülüşməyə başladılar. O ətrafda nə qədər alıcı vardısa, hamısı onlara tərəf döndü. Qızlar heç poeziya həvəskarına oxşamırdılar, axtarsan, yalnız şairlərdən Abbas Səhhəti, Abdulla Şaiqi, Səməd Vurğunu, bir də orta məktəb dərsliklərində şeiri dərc olunan şairləri tanıyardılar. Bir də indi Elzanı tanıyırlar, onu da ona görə ki, yaxşı “mırt şeirləri” (bu, yeni janrdır – Elza stayl) olur, bunlar da oxuyub gülüşürlər, hətta əllərinin dalıyla gözlərinin ucunu silirlər ki, makiyajlarına xələl gəlməsin. Bu epizod bir şeirsevər kimi xətrimə dəydi, Azərbaycanın klassik və müasir şairlərinə yazığım gəldi.
Bu yerdə üzümə ələk tutaraq, onun şeirlərindən bir neçə misra iqtibas edərdim, amma eldən ayıbdır, bu yazı uşaq əlinə düşər, ağsaqqallar, ağbirçəklər oxuyar, barəmdə pis düşünərlər, deyərlər, o, yazıb-yazıb, sən niyə təkrarlayırsan.
Budur, bundan əvvəl efirlərə taykeş (biri ağ, biri qara) ayaqqabılarla, əndirabadi libaslarla, başı ananas və sair meyvə-tərəvəz nümunələri ilə bəzənmiş saç düzümü ilə gələn Elza Seyidcahan o gün qarşımıza hicabla çıxıb, “hicab-hicab” deyə ortalığı qarışdıran qüvvələrə dəstək verir və ictimaiyyəti yenə də heyrətləndirir.
Birincisi, yeni imici Elzaya qətiyyən yaraşmır, onu cazibədar edən elə hər gün bir formaya saldığı saçlarıymış. İkincisi, xanım indi dinə-imana gəldisə, bəs vaxtilə öz mini yubkası ilə sərgilədiyi əndam gözəllikləri, eləcə də dağınıq saçlarıyla kişi tamaşaçıları təhrik etməsinə görə batdığı günahlar necə olacaq? Onlar bir hicab taxmaqla sıfırlanacaqmı?
Ad çəkərəm, təzə çıxan vaxtlarında Elza Seyidcahan “Press-klub”da keçirdiyimiz bir tədbirə gəlmiş, bir tərəfdə oturmuşdu, keçmiş əməkdaşlarımızdan biri Məcnuna dönmüşdü, deyirdi, bu, Şaron Stounun “Əsas instinkt” filmində təhqiqatçıların qarşısında verdiyi pozanı göstərən epizoddan sonra ən cazibiədar oturuşdur. Adam əməllicə təhrik olmuşdu.
Bir tərəfə baxanda yaxşı ki, sənətçi bu yoldan qayıdıb. Nə də olmasa, soyadında “seyid” sözü var, o tərəflərə bir köynək yaxındır.
İntəhası, o və onun kimilər gərək bu cür publik çıxışlar edəndə bir az ehtiyatlı, məsuliyyətli və hövsələli olsunlar. Bir az zamana ehtiyac var. Sabah məlum olsa ki, bu ortalığı qarışdırmaq istəyən maşaların qulpu başqa bir dövlətin kəşfiyyat orqanlarının əlindədir, pis olacaq, o zaman “mən bilmirdim, mən onlardan təlimat almamışam, ürəyimin hökmü ilə hərəkət etmişəm” deməyin xeyri olmayacaq. Özü də deputat olmaq istəyir, seçicilər adama nə deyər, deməzlərmi, o vaxt “5-ci kolon”luq eləyirdin.
Hər halda, oxuduğu mahnılarını sevdiyim, şeirlərini isə sevmədiyim sənətçinin bu transformasiyası heç xoşuma gəlmədi. Biz onun nə şanədən, nə də bədi-səbadan pərişan olmayan, eləcə təbii halıyla dalğalı olan saçını sevmişdik, o isə onları hicab altında gizlədib, xalqı gözəllik görməkdən məhrum edib.
Deyilənə görə, bir ara Şaron Stoun da monastıra gedib rahibə olmaq istəyirmiş, rəfiqələri qoymayıb.
14 Oktyabr 2026
12 Oktyabr 2026
10 Oktyabr 2026
08 Oktyabr 2026
06 Oktyabr 2026
04 Oktyabr 2026
02 Oktyabr 2026
29 Sentyabr 2026
27 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
12 Sentyabr 2026
10 Sentyabr 2026
08 Sentyabr 2026
06 Sentyabr 2026
04 Sentyabr 2026
02 Sentyabr 2026
31 Avqust 2026
29 Avqust 2026
26 Avqust 2026
24 Avqust 2026
20 Avqust 2026
19 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ