Onlayn ictimai-siyasi qəzet
Gözəl şairimiz Nüsrət Kəsəmənlinin əla bir şeiri var: “Daha nağıllara inanmıram mən”. O şeirin iki msrası günümüzdə baş verən hadisələrin mahiyyəti ilə səsləşir: Biri belədir: “Bizi yuxulara verdi nağıllar, daha nağıllara inanmıram mən”. O birisi də bu cürdür: “Gözlədim, göylərdən alma düşmədi, daha nağıllara inanmıram mən!”.
Nağılların (hər cür nağılların) bizi yuxuya verməsi də, axırda göydən alma düşməməsi ilə bağlı umsuq olmağımız da yüzdəyüz doğrudur. Baş qatmaq üçündür nağıllar.
Hazırda dünyada nağıllara inananlarla inanmayanların qütbləşməsi gedir. Bir qütb nağıllara daha ürəkdən inanır, o biri qütb inanmır. Hər iki qütbün tərəfdarları artır. Araya sadəcə nifaq almaları düşür.
Düzünə qalsa, mən özüm də lap çoxdandır nağıllara inanmıram. Məsələn, uzun illərdir inanmıram ki, İsa peyğəmbərin dünyaya gəlməsində hansısa fövqəlbəşər qüvvənin rolu olub. İnanıram ki, bu, adının çəkilməsini istəməyən kişinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Sadəcə, söhbəti babat fırladıb, işi düzüb-quşub, xalqı inandırıblar. Müasir elmlər də sübut edir ki, başqa cür mümkün deyil. İndi kim buna inanırsa, inansın, sözüm yoxdur, bir halda ki inanc məsələsidir, qoy elə olsun.
Heç qədim yəhudiləri dalına salıb 40 il boyunca Yaxın Şərqi gəzdirən Musa (Moisey) peyğəmbərin öz sehirli əsası ilə dənizi ikiyə yarmasına, xalqını fironun repressiyasından qurtarmasına da inanmıram. Birincisi, o əsada elə bir fövqəlgüc vardısa, Moiseyin dənizlə nə işi vardı, elə birbaşa fironu zəbun edərdi. İkincisi, Musanın özünün yuxarılarla yaxşı əlaqəsi, rabitəsi olmuşdusa, xalqına düz-əməlli, neftli-qazlı bölgədə yurd-yuva təşkil edərdi.
Yeri gəlmiçkən, bu günlərdə ölkəmizdə baş verən gərginliklər zamanı emosiyaları coşmuş inanclı zənənlərdən biri sosial şəbəkədə Musadan əsasını yerə bərk vurub sionistləri cəzalandırmağı tələb edirdi. Görünür, o, qədim nağılları yaxşı bilmir, bilsəydi, qədim sionistlərdən biri olmuş Moiseydən bu xahişdə bulunmazdı.
Sionistlik məsələsinə sonra yenə qayıdaram, indilikdə bir az da Avraamdan yazım. İslamdan azı 2-3 min il əvvəl yaşamış bu şəxsin həyat və yaradıcılığına dair nağıllar daha geniş yayılıb. Hamıya tövsiyə edirəm ki, onu ilk mənbədən, yaxşı-yaxşı oxusunlar. Əmin edirəm ki, onun haqqında tam məlumata malik olan 1 milyard insandan biri də onun etdiklərini etməz. Özünüz deyin, öz arvadını gözü görə-görə, öz əliylə iki dəfə fironlara ərə verib var-dövlət qazanmağın müasir dövrdə adı nədir. Avraam belə bir hərəkət edib. O biri haqq-hesablarını qoyuram qırağa.
Maraqlıdır ki, bu və digər qədim yəhudi başbilənlərin iştəklərinə dair nağıl və əfsanələri məhz müsəlmanlar yaşadır. Müasir yəhudilər onlardan imtina ediblər, məsələn, qurban kəsmirlər, müsəlmanlar isə bu qədim yəhudi bayramını yaşadırlar – amma yəhudiləri söyə-söyə. Hələ ilk mənbədə göstərilir ki, Avraam tərəfindən kəsilməsi nəzərdə tutulan oğlan uşağı İsmayıl yox, İsak olub. Travmanı yaşayan İsakdır, qurbanlar İsmayılın adına kəsilir. Belə bir haqsızlıq.
Gələk sionizm məsələsinə. Sionizm nə deməkdir? Bu, məqsədi yəhudi xalqının tarixi vətənində - İsrail torpağında (Eretz Yisrael) birləşməsini və dirçəlişini hədəfləyən siyasi və milli hərəkatdır.
Amma günümüzdə İranda,Türkiyədə və öz ölkəmizdə kimin kimdən xoşu gəlmirsə və ya onu incitmək, təhqir etmək istəyirsə, deyir, sən sionistsən.
Bir zamanlar bizdə adamlar bir-birini “erməni” adlandırırdılar. Sözləri çəpləşənlər artıq polemikanın ikinci abzasında bir-birindən ritorik şəkildə soruşurdular: “Ermənisən?” Bu, kiçik ranqlı məmurların sevimli damğasıydı, işi keçənlər mütləq onlara yapışdırırdılar. Hamı bu epitetə görə cırnayırdı. 5-6 ay əvvəl Şeytan çarxının yanında E1 marşrutundan enmək istəyən qadın sərnişin, avtobusu saxlamayan cantaraq sürücünü “erməni” adlandırdı, bir neçə dəfə sərt şəkildə “ermənisənmi” deyə soruşdu. Sürücü cırnamadı, suala “hə” cavabı verdi, mübahisə bitdi. Adam özü isə Ağcabədi-İmişli tərəkəmələrinə oxşayırdı.
İndi bir balaca o yan-bu yan danışan adamları sionist adlandırmaq dəbi hökm sürür, axırda onun da cavabı o olacaq k, hə, sionistəm.
Əslində isə biz niyə sionist olmalıyıq? Yəhudilərin İsrail torpağında yerləşməsi (artıq yerləşiblər), birləşməsi (birləşiblər), dirçəlməsi (dirçəliblər) bizim nəyimizə lazımdır? Öz dərdimiz-odumuz yoxdurmu? 33 ildir öz kəndimizə gedə bilmirik, durub Hayfadakı yəhudilərin dərdini çəkəcəyik?
Həm də paradoksaldır: adamlar deyir ki, siz bu qədim yəhudi nağıllarına inanmayın, hamısı mifdir, əfsanədir, reallıqla əlaqəsi yoxdur, amma onları sionist adlandırırlar.
Axırda kimsə ortaya çıxıb deyəcək ki, Azərbaycan vətəndaşı ola-ola sionistlik edənlər də belə-belə (düüüdlü sözlər) olsun, sionist olmayanlara iftira atanlar da.
**
Dünya köhnə dünyadır, nağılları da köhnədir, inananlar təzədir.
14 Oktyabr 2026
12 Oktyabr 2026
10 Oktyabr 2026
08 Oktyabr 2026
06 Oktyabr 2026
04 Oktyabr 2026
02 Oktyabr 2026
29 Sentyabr 2026
27 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
12 Sentyabr 2026
10 Sentyabr 2026
08 Sentyabr 2026
06 Sentyabr 2026
04 Sentyabr 2026
02 Sentyabr 2026
31 Avqust 2026
29 Avqust 2026
26 Avqust 2026
24 Avqust 2026
20 Avqust 2026
19 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ