Onlayn ictimai-siyasi qəzet
ABŞ Tehranla yeni nüvə sazişinin bağlanması üçün danışıqlara hər zaman açıqdır.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin Energetika naziri Kris Rayt "CBS" telekanalının efirində bildirib.
Nazir vurğulayıb ki, Prezident Donald Trampın əsas məqsədi hər zaman məsələləri hərbi müdaxilə ilə deyil, danışıqlar yolu ilə həll etməkdir: "Hərbi həll variantı yalnız mütləq zərurət yarandıqda istifadə oluna bilər".
Bununla belə, Kris Rayt Amerika hərbçilərinin və sanksiya siyasətinin əsas vəzifəsini də açıqlayıb:
"Əsas məqsədimiz İranın neft, neft məhsulları və təbii qaz ixracını tamamilə dayandırmaqdır. Biz onların iqtisadiyyatını boğuruq ki, ya mövcud rejimin siyasətini dəyişməsinə, ya də rejimin tamamilə dəyişməsinə nail olaq. Onların hazırkı strategiyası tədricən iflasa uğrayır".
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ