İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavinindən çağırış: "Hesabatları vaxtında təhvil vermək…"

"Maliyyə olmadan iqlim dəyişikliyi ilə bağlı qərarlar həyata keçirilə bilməz. Maliyyə icranı mümkün edən mexanizmdir".

Musavat.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Faəliyyəti Həftəsinin (BCAW2026) açılış mərasimində bildirib:

"Şəffaflıq da önəmli məsələdir. COP29-da Azərbaycan bununla bağlı mühüm addımlar atıb. Fürsətdən istifadə edib tərəfləri İkiillik Şəffaflıq Hesabatlarını (Biennial Transparency Report/BTR) vaxtında təqdim etməyə çağırıram. Hesabatlar məsafə qət etməyə kömək edir. Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 icra ilə bağlı maneələri aradan qaldırmağa kömək etməlidir. Azərbaycan öz rolunu davam etdirəcək".

Y.Rəfiyev həmçinin, vurğulayıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsində tərəfdaşlıqların möhkəmlənəcəyinə ümid edir.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR