Onlayn ictimai-siyasi qəzet
Gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Çuvaşiya Respublikasının ərazisinə hücum təşkil edib.
Musavat.com xəbər verir ki, Çuvaşiya qubernatoru Oleq Nikolayev hücum nəticəsində mobil rabitə qülləsinə ziyan dəydiyini bildirib. Qubernatorun sözlərinə görə, insident zamanı insan tələfatı və ya yaralanan olmayıb.
Bu hücumla yanaşı, Rusiya Teleqram kanallarının və rəsmi mənbələrin yaydığı məlumata görə, Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Tatarıstanın Aşağı Kama (Nijnekamsk) rayonuna qarşı həyata keçirilən kütləvi PUA hücumunu dəf edib.
Müvafiq qurumlar hazırda regionda dron təhlükəsinin tam aradan qaldırıldığını bəyan ediblər.
Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız politoloq Rəşad Bayramovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ