İnsanlara hürriyət, millətlərə istiqlal!

Kilsə önündə DƏHŞƏTLİ PARTLAYIŞ: 10 ölü, 64 yaralı var

Meksikanın Mexiko ştatındakı Santa-Mariya-Kançesda kəndində yerləşən kilsənin yaxınlığında feyerverk və pirotexniki vasitələrin güclü partlayışı nəticəsində dəhşətli faciə baş verib.

Musavat.com xəbər verir ki, Məryəm Ana bayramı ərəfəsində baş verən qanlı insident zamanı 10 nəfər həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Partlayış zamanı kilsənin həyətində və daxilində çoxlu sayda dindar olub. Güclü zərbə dalğasının təsirindən ibadət evinin damı və bitişik divarı uçaraq dağılıb, nəticədə bir neçə nəfər dağıntılar altında qalıb.

Yerli KİV-lərin yaydığı məlumata görə, kilsə dindarlarından səkkiz nəfər hadisə yerindəcə həyatını itirib, daha iki nəfər isə xəstəxanada dünyasını dəyişib.

Hadisə yerində xilasedicilər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR