İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq futbolu ilə bağlı mühüm QƏRAR: Bundan sonra...

"Sabah" klubu Azərbaycanda və regionda uşaq futbolunun davamlı inkişafını dəstəkləmək üçün 10 milyon manatlıq maliyyə proqramının yaradıldığını elan edib.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Sabah" klubuna 2026/27 mövsümü üçün UEFA Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazanması ilə əlaqədar 5 milyon manat məbləğində maliyyə dəstəyi verilib. Klub, UEFA Çempionlar Liqasında iştirak üçün əldə edilən vəsaitdən əlavə 5 milyon manatı uşaq futbolunun inkişafına ayırmaq qərarına gəlib.

b>Uşaq və gənclərdə futbol məşqləri, fiziki inkişaf <font  color=2F9ADD>LAYİHƏ</font></b> Sportal.az

Proqramın mili futbolun inkişafı üçün önəmi nə olacaq? "Qarabağ" da təşəbbüsə qoşulacaqmı?

İdman yazarı Natiq Muxtarlının fikrincə, uşaq futbolunun inkişafı üçün yatırılan hər qəpiyə görə istənilən komandaya təşəkkür etmək lazımdır: “Amma bu məsələdə suallar var: “Sabah” layihəni necə reallaşdırmaq istəyir? Azərbaycanda istedadlı futbolçular Bakıda, asfaltın üzərində, süni meydançalarda deyil, kənd və qəsəbələrdədir. Azərbaycanda uşaq futbolu ilə bağlı infrastruktur yoxdur. Deməli, hər şeyə sıfırdan başlamaq lazımdır”.

Jurnalist hesab edir ki, bu məsələdə elmi yanaşma da tətbiq edilməlidir: “Yəni futbol akademiyaları ənənəsi olan rayonlarda yaradılmalıdır. İstedadlar orada, torpağın üzərindədirlər, amma onların futbola əlçatanlığı yoxdur. İndiyə qədər komandalarımız Bakıda keyfiyyətsiz süni meydançalarda istedad axtarıblar. Əslində, yaxşı bilirdilər ki, oradan futbolçu çıxmayacaq. Amma statistika naminə pul xərclənirdi”.

Natiq Muxtarlı: "Azərbaycan futbolu pulun səmərəsiz istifadəsinin mərkəzinə  çevrilib" - AUT.AZ

Natiq Muxtarlı sual edir ki, indi “Sabah” nə etmək istəyir: “Uşaq futbolunun inkişafı üçün elmi yanaşma tətbiq edəcək, işə bölgələrdən başlayacaq, yoxsa elə Bakıda bir akademiya tikib işlərini bitmiş hesab edəcəklər? Təkcə “Sabah”ın yox, digər komandalarımızın da belə layihələri olmalıdır. Futbol ənənəsi olan rayonlarda akademiyalar salınmalı və mərkəzi akademiyada da Bakıda yerləşməlidir. Azyaşlılar oradakı akademiyalarda, valideynlərinin yanında həm təhsil almalı, həm də futbolla məşğul olmalıdırlar. Müəyyən yaşdan sonra isə super istedadlar Bakıya gətirilməlidir. Üstəlik, “Qarabağ”, “Sabah” Avropadakı nüfuzlarından istifadə edib məşhur akademiyalarla da əməkdaşlıq etməlidirlər. O istedadlar müəyyən yaşdan sonra həmin Avropa akademiyalarına göndərilməlidirlər. Bunlar yalnız müəyyən detallardır. Uşaq futbolunun inkişafı üçün dövlət proqramının qəbulu vacibdir”.

Onun sözlərinə görə, 16 şəhər və rayonda akademiyalar olmalıdır: “Üstəlik, o şəhər və rayonlarda peşəkar komandaların da olması vacibdir. Çünki peşəkar komandanın olması kütləvilik deməkdir, yəni uşaq futbolunun inkişafı təkcə “Sabah”dan asılı olan bir iş deyil. Bu, kompleks yanaşma təşkil edir. Amma güman edirəm ki, “Sabah”ın bu məsəldə siftəsi oyanışa səbəb ola bilər. Paralel olaraq digər klublar da fəaliyyətə keçməli və ən əsası AFFA dövlət proqramının qəbulu üçün səy göstərməlidir”.


Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR