İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Əliyevə QƏFİL zəng etdi, Paşinyan isə Moskvaya gedir – Detallar CANLI-da

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər yayıb. Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər. İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada keçiriləcək görüşündə Ermənistanın inkişaf istiqaməti və mümkün referendum məsələsi müzakirə olunacaq. Sentyabrın 7-də Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

Peskov bildirib ki, Putin və Paşinyan Bişkekdəki görüş zamanı ticarət-iqtisadi əməkdaşlıqla bağlı konkret məsələləri müzakirə ediblər və Paşinyanın Moskvaya səfərinin keçirilməsi barədə razılıq əldə olunub.

“Dövlət başçıları əsas mövzunu – inkişaf istiqamətinin, Ermənistanın yönümünün seçilməsi və referendumun keçirilməsi məsələsini müzakirə edəcəklər”, - Peskov deyib. Kremlin sözçüsü əlavə edib ki, Ermənistan Baş nazirinin Rusiyaya səfərinin dəqiq tarixi diplomatik kanallarla razılaşdırılacaq.

Peskovun sözlərinə görə, Rusiya və Ermənistanın aidiyyəti qurumları prezident Vladimir Putinlə Baş nazir Nikol Paşinyanın Bişkekdə keçirilən görüşünün nəticələrinə əsasən ticarət məsələləri üzərində işləyəcəklər.

Peskov bildirib ki, Bişkekdə keçirilən görüş mühüm və məzmunlu olub. Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıqla bağlı bir sıra konkret məsələlər müəyyənləşdirilib.

“Paşinyanla Bişkekdə keçirilən görüş çox mühüm və kifayət qədər məzmunlu idi. Görüş zamanı ikitərəfli ticarət-iqtisadi əməkdaşlıqla bağlı bəzi konkret məsələlər müəyyənləşdirildi. Müvafiq qurumlar bu məsələlərlə məşğul olacaq və onların üzərində işləyəcəklər”, - Peskov deyib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi, siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR