İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan və Moskva arasında YENİ DİPLOMATİK ADDIM: Paşinyan Rusiyaya gedir

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya rəsmi səfəri baş tuta bilər.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

Kreml nümayəndəsi bildirib ki, səfərin dəqiq tarixi hələlik müəyyən edilməsə də, görüşün cari ilin sonuna qədər və yaxın gələcəkdə reallaşması planlaşdırılır.

Rusiya və Ermənistan tərəfi ikitərəfli münasibətlər, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bu kritik görüşün detalları üzərində işləri davam etdirir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR