Onlayn ictimai-siyasi qəzet
Bu ilin əvvəlində ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələrini müsbət qiymətləndirib.
Musavat.com xəbər verir ki, məlumatı The New York Times mənbələrə istinadən yayıb. Qəzet Trampın rəhbərliyi altında ABŞ-ın bu il Ukrayna nizamlanması ilə bağlı məsələlər üzərində necə işlədiyinə dair uzun bir məqalə dərc edib.
Məqalədə xüsusilə iddia edilir ki, 2025-ci ilin iyun ayında bir qrup MKİ zabiti və ABŞ hərbi zabiti "daha məqsədyönlü Ukrayna kampaniyası (enerji infrastrukturuna zərbə vurmaq – red.) hazırlamaq üçün görüşüblər. Plan yalnız neft anbarlarına deyil, əsasən neft emalı zavodlarının özlərinə diqqət yetirmək idi".
New York Times-ın yazdığına görə, MKİ direktoru Con Retkliff bu zərbələri prezidentlə müzakirə edib: "ABŞ rəsmilərinin sözlərinə görə, Tramp ABŞ-ın oynadığı rolu tərifləyib. Retkliffə bildirib ki, bu zərbələr Rusiya ilə danışıqlarda onun mövqeyini gücləndirir".
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ