Onlayn ictimai-siyasi qəzet
Sərnişinlər Gorədil platformasında qatarlardan düşürülüb və Bakı istiqamətində hərəkət edən digər qatara mindirilib.
***
Sumqayıt–Pirşağı istiqamətində hərəkət edən sərnişin qatarı Gorədil ərazisində gözlənilmədən dayanıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, buna səbəb əlverişsiz hava şəraiti və enerji təminatında yaranan problem olub.
Hadisə nəticəsində qatarın hərəkəti mümkün olmayıb və marşrutun davam etdirilməsi dayandırılıb.
Sərnişinlər bildiriblər ki, dayanma səbəbindən qatarda müəyyən narahatlıq yaranıb. Qatar briqadası isə sərnişinləri sakitləşdirərək təhlükəsizlik baxımından vəziyyətin nəzarətdə olduğunu açıqlayıb.
Hazırda qatar gəldiyi istiqamət üzrə geri qaytarılır.
Şahanə Rəhimli
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ