Onlayn ictimai-siyasi qəzet
İranda hakimiyyətin təhvil verilməsi üçün müvəqqəti hökumət yaradılıb.
Musavat.com xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən "İlaaf" qəzeti məlumat yayıb.
İddia olunur ki, İranın Milli Müqavimət Şurası xalqın ixtiyarına hakimiyyətin verilməsi məqsədilə müvəqqəti hökumət yaradıldığını açıqlayıb.
Qeyd olunur ki, bu hökumət keçid dövründə Məryəm Rəcəvinin on maddəlik proqramına əsasən fəaliyyət göstərəcək.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ