Onlayn ictimai-siyasi qəzet
Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli və Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə xətlərə sentyabrın 14-ü və 15-dən yeni avtobuslar istismara veriləcək.
Bu barədə Musavat.com Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 157 və 503 nömrəli marşrutların yeni avtobuslarla təminatını "BusTrans" MMC və "BakuBus" MMC həyata keçirəcəklər.
157 nömrəli marşrut üzrə gedişhaqqı 0,50 manat, 503 nömrəli marşrut üzrə isə 0,70 manat təşkil edəcək.
Hə iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ