İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslardan drona qarşı qəribə “ixtira” - Sovetin “Buxanka”sına yeni qoruyucu - VİDEO

Rusiya hərbçilərinin Ukraynadakı döyüş bölgəsində qeyri-adi üsulla qorunan UAZ-452 “Buxanka” avtomobilindən istifadə etdiyi bildirilir.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobilin kuzovunun böyük hissəsinin güzgü effekti yaradan parlaq panellərlə örtüldüyü görünür. Bildirilir ki, bu qeyri-adi üsul maşın görməsi ilə hədəfi müəyyənləşdirən dronlardan qorunmaq məqsədi daşıyır.

Məlumata görə, ətraf mühiti və işığı müxtəlif istiqamətlərdə əks etdirən səth avtomobilin vizual konturlarını dəyişərək dronların optik sistemlərinin hədəfi tanımasını çətinləşdirməlidir. Lakin bu üsulun real döyüş şəraitində nə dərəcədə effektiv olduğu barədə təsdiqlənmiş məlumat yoxdur.

Maşın görməsi və süni intellekt elementlərindən istifadə edən müasir dronlar kameradan alınan görüntülər əsasında obyektləri müəyyənləşdirə və hədəfi avtomatik izləyə bilir. Buna görə də döyüş bölgələrində texnikanı dronlardan gizlətmək və ya onların tanıma sistemlərini çaşdırmaq üçün müxtəlif improvizə edilmiş üsullar sınaqdan keçirilir.

“Buxanka” kimi tanınan UAZ-452-nin tarixi isə sovet dövrünə gedib çıxır. 1960-cı illərdən istehsal edilən bu avtomobil sadə konstruksiyası və yüksək keçicilik qabiliyyətinə görə uzun illər hərbi və mülki məqsədlərlə istifadə olunub.

İndi isə sovet dövrünün məşhur avtomobili müasir dron təhlükəsinə qarşı qeyri-adi “güzgü zirehi” ilə yenidən diqqət mərkəzinə düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR