Onlayn ictimai-siyasi qəzet
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını təşkil edib.
Musavat.com xəbər verir ki, ənənəvi olaraq keçirilən tədbir şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək, onlara mənəvi dəstək olmaq məqsədi daşıyır.
Sərgidə 32 nəfərin 430-a qədər rəsm əsəri və əl işi nümayiş olunub.
Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarının fəal iştirakı nəticəsində təqdim olunan bütün məhsullar satılıb.
20 Iyul 2026
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ