İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon delfin və dəniz şirlərinin hazırlanmasına 77 milyon dolları nə üçün xərcləyir?

ABŞ Müdafiə Nazirliyi dənizdə minaların və digər təhlükəli obyektlərin aşkarlanması məqsədilə delfin və dəniz şirlərindən istifadəsini davam etdirir.

Musavat.com xəbər verir ki, bu fəaliyyət Marine Mammal Program çərçivəsində həyata keçirilir və proqramın illik xərci 77 milyon dollar təşkil edir. Layihə Pentaqon və ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunur.

Mütəxəssislərin bir qismi bu yanaşmanı köhnəlmiş və qeyri-humanist hesab edir. Onların fikrincə, müasir sualtı dronlar və robotlaşdırılmış sistemlər eyni tapşırıqları daha effektiv və təhlükəsiz şəkildə yerinə yetirə bilər.

Tənqidçilər bildirirlər ki, təlim prosesində delfin və dəniz şirləri ağır fiziki və psixoloji yüklənmələrə məruz qalır, bəzi hallarda uzun müddət yuxusuz saxlanılır və yüksək səs dalğalarının təsiri altında qalırlar. Qeyd olunur ki, on ildən artıq əvvəl ABŞ Hərbi Dəniz Qüvvələri proqramın dayandırılmasını təklif etsə də, ABŞ Konqresi bu təşəbbüsə razılıq verməyib.

Məsələ hərbi texnologiyaların inkişafı fonunda heyvanların təhlükəsizlik məqsədilə istifadəsinin nə dərəcədə əsaslı olması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR