Onlayn ictimai-siyasi qəzet
"Məcburən getdiyim çox ad günü məclisi olub. Bir sənətçi dostumuz var. Yaxın adamdır, adını çəkə bilmirəm. Anasına iki dəfə doğum günü edir, bilmirəm neçə dəfə doğulub. Xalasının da məclisinə çağırır, oğlunun da, özünün də".
Bunu Niyam Salami deyib.
O, ad günü məclislərinə getməkdən bezən ifaçı gileyini dilə gətirib:
"Deyir ki, ikinci dəfə dünyaya gəlmişəm, ona da çağırır. Bu qədər də olmaz. 50-60 illik yubiley olar, keçirdələr, başa düşərəm. Hər il çağırmazlar. Mən özüm həyatımda elə doğum günü keçirməmişəm".
Niyam həmkarı Xuraman Şuşalı ilə zarafatından da qalmayıb:
"Kiçik yığıncaq etmişdim. Sən onu başıma vurma. Bəlkə də, 1 kilo meyvə gətirib, indidən deməyə başlayıb. Ona görə ad günü məclisi etmirəm. Səhəri gün yığacaqlar ki, hanı mənim pulum? 500 manatımı gətir ver". (milli.az)
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ