İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazim Binnətov vəfat etdi - FOTO

Ukraynada Azərbaycan diasporunun fəalı, arxitektor və keçmiş siyasi xadim Nazim Mirzə oğlu Binnətov vəfat edib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, 70 yaşlı azərbaycanlı İvano-Frankovskda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Əslən Azərbaycanın Tovuz rayonundan olan N.Binnətov 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Qərbi Ukraynada fəal siyasi hərəkatda da olub.

O, İvano-Frankovsk Azərbaycanlıları Konqresinin qurucusudur.

İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana, Tovuz rayonuna göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR