Onlayn ictimai-siyasi qəzet
Sosial media fenomeni Murat Övüçün şal ilə çəkdiyi video qalmaqala səbəb olub.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Övüç barəsində “xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etmək” ittihamı ilə akt hazırlanıb.
İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanmış ittiham aktında Murat Övüçün sosial mediada etdiyi paylaşımda işlətdiyi ifadələrin cəmiyyətin bir qismini digər qisminə qarşı kin və nifrətə yönləndirici mahiyyət daşıdığı qeyd edilib.
Övüç isə pərəstişkarlarının əsasən qadınlardan ibarət olduğunu, videonu təyyarədə olarkən çəkdiyini, çiynindəki şalı başına örtərək “Nə edim, yaraşdı qız. Buyur, bax” dediyini və bunu yalnız zarafat məqsədilə etdiyini bildirib. O, ittihamı qəbul etmədiyini deyib.
İttiham aktında Murat Övüçün 1 il 6 aydan 4 il 6 aya qədər azadlıqdan məhrum edilməsi tələb olunub. Onun məhkəmə prosesi yaxın günlərdə İstanbul Cəza Məhkəməsində başlayacaq.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ