Onlayn ictimai-siyasi qəzet
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Konstitusiya və suverenlik ili” çərçivəsində bir sıra tədbirlər həyata keçirir.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalında Komitənin nümayəndəsi Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, bu gün keçirilən festival həm forması, həm də məzmunu baxımından əvvəlki tədbirlərdən xeyli fərqlənir.
“Bu tədbirin məqsədi Azərbaycanda mövcud olan tolerantlıq atmosferini, dini konfessiyalararası dialoqu, dini icmalar arasında birliyi, həmçinin milli və mənəvi dəyərlərimizə sədaqəti nümayiş etdirməkdir. Bu dəyərlər Azərbaycan kimliyinin ayrılmaz tərkib hissəsidir,” – deyə Gündüz İsmayılov qeyd edib.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ