Onlayn ictimai-siyasi qəzet
Son zamanlar sosial şəbəkələr üzərindən qurulan dələduzluq oyunları artır. Bu cür dələduzluq əməllərini həyata keçirənlər hər dəfə fərqli üsullardan istifadə edirlər.
Belə səhifələrdən biri də “Elux Decoration”dur.
Musavat.com xəbər verir ki, adı çəkilən səhifə toy, nişan, ad günü və digər tədbirlərin dekorasiya təşkilatçısı kimi təqdim olunur.

Səhifəni yaradanlar insanlardan işin görülməsi adı ilə əvvəlcədən beh alırlar. Bu məbləğ 60-100 manat arasında dəyişir. Beh aldıqdan sonra isə nə tədbirə gəlirlər, nə də telefon zənglərinə cavab verirlər.
Səhifədə apardığımız qısa araşdırma zamanı bu şəxs və ya şəxslərin real iş görən yox, dələduz olduqlarını anlamaq olur.
Çünki onların səhifələrində yerləşdirdikləri foto və videolar başqa-başqa səhifələrə məxsusdur. Bundan əlavə səhifədə paylaşımların şərh bölməsi bağlanıb.
İ.Muradov,
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ