Onlayn ictimai-siyasi qəzet
İranın mərhum ali rəhbəri Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni ölkədə baş verən ümumxalq etirazlarını “çevriliş cəhdi” adlandırıb. Teleqraf xəbər verir ki, o, mövcud rejimin hakimiyyətdə olduğu müddətdə belə halların yaşanacağını deyib.
“Yaşadığımız müddətcə bunlar olacaq, amma biz patologiyanın mənbələrini təhlil etməliyik. Düşmənin ən böyük təbliğatlarından biri İran İslam Respublikasındakı korrupsiyanın reallıqdan daha böyük göstərilməsidir. Hər yerin korrupsiyaya məruz qaldığı, hər yerdə korrupsiyanın olduğu fikrinin təlqin edilməsi təbliğati fenomendir və təsir də göstərir. Məhkəmə sistemi bu kimi hallarla mübarizə aparmalıdır”, - Xomeyni bildirib.
İranın xarici işlər naziri Hüseyn Araqçi Vaşinqtonun mövqeyinə dair mühüm açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, Araqçi ABŞ-nin “yerinə yetirilməsi mümkün olmayan” tələblərdən imtina edəcəyi halda nüvə sazişinin mümkün olduğunu bildirib. Bu barədə o, CNN jurnalistinə müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, əgər ABŞ İranın raket proqramı və regional təsiri ilə bağlı güzəştlərdə israr etməzsə, razılaşma üçün real zəmin yarana bilər. O qeyd edib ki, Tehran Vaşinqtona etibar etmir, lakin Yaxın Şərq ölkələri arasında mesaj mübadiləsi məhsuldar şəkildə davam edir. Araqçi hərbi ssenarinin isə region üçün fəlakət olacağını vurğulayaraq, gərginliyin yalnız danışıqlar yolu ilə azaldılmasının mümkün olduğunu bildirib.
ABŞ mümkün İrana zərbə ssenarisi fonunda Yaxın Şərqin müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemlərini gücləndirir.
Musavat.com xəbər verir ki, Vaşinqton bu addımı İsraili, ərəb müttəfiqlərini və regionda yerləşən Amerika hərbi kontingentini İranın mümkün cavab zərbələrindən qorumaq məqsədilə atır.
The Wall Street Journal yazır ki, ABŞ hərbi qüvvələri hazırda məhdudmiqyaslı zərbələr endirmək imkanına malik olsa da, rəsmi dairələr genişmiqyaslı əməliyyatın Tehranın sərt və çoxşaxəli cavabı ilə nəticələnə biləcəyini istisna etmirlər. Nəşrin vurğuladığına görə, məhz bu risklər səbəbindən Vaşinqton əvvəlcə regionda müdafiə infrastrukturunu möhkəmləndirməyə üstünlük verir. Hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi genişləndirilir, mövcud imkanlar gücləndirilir və ABŞ-nin tərəfdaş ölkələrinin təhlükəsizliyi prioritet kimi müəyyən edilir.
Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ