İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz bunları əvvəl də yaşamışıq – Əraqçi ABŞ-ın iqtisadi müharibə elanından yazdı

ABŞ-ın İrana qarşı sanksiya təzyiqini artırmaq barədə elan etdiyi qərar əvvəlki kimi heç bir nəticə verməyəcək.

Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi X hesabında yazıb. O, ABŞ-ın müxtəlif vaxtlarda İranla bağlı iqtisadi embarqo qərarlarını sadalayaraq, hər birinə "Uğursuz" başlığı əlavə edib.

ABŞ hökumətinin "indiyə qədərki ən dağıdıcı iqtisadi əməliyyat" haqqında son açıqlamasını şərh edərək, o yazıb: "Uğursuzluğa məhkumdur. Biz bunları əvvəl də yaşamışıq. Bu, eyni hekayədir, yalnız bizi qorxudan aktorlar dəyişir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR