Onlayn ictimai-siyasi qəzet
Müğənni Aysun İsmayılovanı bir həmkarı toy məclisindən qovmaq istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev aparıcısı olduğu “Tarixin bir günü” verilişində danışıb.
O bildirib ki, Aysunu qovmaq istəyən şəxs illərdir sənətdədir:
“O gün Aysun məclisə gedib, illərlə sənətdə olan adam deyib ki, səni təqdim etmək istəmirəm. Özü də elə et ki, səni bu toydan qovmayım. Həmin adamı çox istəyirəm. Ailənə, özünə hörmətim var. Amma Aysunun prodüseri mən olsaydım, kimin hünəri olardı o sözü deməyə? Yaxşı deyil. Aysun mənə zəng etmişdi, o qədər küsüb ki... Demirəm, böyük sənəti var, amma estrada müğənnisidir, oxuyub sevilir də. Atasız uşaq saxlayır, böyüdür. Niyə belə edirik?”.
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ