İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhv tikilən metro

Yeganə ümidimiz metroya idi, ancaq indi məlum oldu ki, onu da səhv tikiblərmiş. Rəsmi açıqlamalara görə hal-qəziyyə belədir.

Yəqin məlumatınız var, metro idarəsi 12 avqustdan “28 May”-“Nizami” tunelini bağladığını, əvəzində 11-12 aya təzə və özü də 2 dənə tunel qazacağını açıqlamışdır. Təbii ki, biz belə vədləri adətən eşidirik, ancaq inanmırıq. Çünki ortada “gözü çıxan qardaş” var: müstəqillik dövrümüzdə Bakı metrosunun genişlənməsi, yeni stansiyaların qazılacağı barədə saysız vədlər eşitsək də, ortalıqda bir zad yoxdur. İvan Krılovun bir təmsilində deyilən kimi, araba indi də ordadır. Oxumayanlar varsa, həmin təmsilin qısa süjetini yazıram: Qu quşu, Xərçəng və Balıq arabanı harasa aparmalıdır. Lakin hərə bir yana dartdığı üçün araba yerindən tərpənmir.

“Qu quşu buludlara qalxmağa can atırdı,
Xərçəng geri gedirdi, Balıq suya dartırdı.
Onlardan kim haqlıdır, kim haqsızdır – nə bilək,
Amma öz yerindədir araba bu vaxtadək”.

Bəli, nəqliyyat infrastrukturumuzun bütün bölmələrində bu cürdür. İstəyirsən göyə çıx, suya gir, ya yerin altına başını sox – hər yerdə vəziyyət oxşardır. Nəhəng bürokratik aparat, ziyanla işləmə, dövlət büdcəsindən külli miqdarda dotasiya (oxu: yeyinti) və mənzil başına zülümlə çatan zəhmətkeşlər.

Ortalıqda olan iki cüt bir tək yeni stansiyanı da qurdalayanda görürsən onların tunelləri hələ sovetin vaxtında qazılıbmış. Sabah onların səhv qazıldığını açıqlasalar, necə olacaq? Onda biz başımızı hansı stansiyaya soxacağıq?

Camaatın eyni istiqamətə ikiqat pul ödəməyə məcbur olması da heç kimin vecinə olmadı. Halbuki, qərarın təsir dairəsinə düşən stansiyalar içərisində “Elmlər Akademiyası”, “20 Yanvar”, “Memar Əcəmi” kimi böyük sərnişin axınları olan məkanlar vardı. Xüsusilə “Elmlər”i düşünmək lazım idi, çünki oradan tələbələr – millətin gələcəyi istifadə edir, o ətrafda çoxlu universitet var. Həmin tələbələr üçün 1 illik hansısa güzəştlər (misal üçün, hər tələbəyə aylıq 15-20 gedişlik pulsuz bilet) fikirləşmək olardı. Yazıq tələbə indiki halda dilənçi payı təqaüdünün 60-70 faizini gediş haqqı kimi ödəməyə məcburdur.

Metronun əvvəldən səhv tikilməyi söhbəti isə məni başqa düşüncələrə də vadar elədi. Buyurun, SSRİ aşiqləri, izah edin... Sovetin vaxtında Azərbaycanda tikilən nəsə düz şey qaldımı? Kondisioner zavodu dayanıb, “Qarabağ” və “Moskva” mehmanxanaları sökülüb, Lenin sarayı təzədən üzlənib və sairə.

Müqayisə üçün, aktual bir faktım, arqumentim var: Naxçıvanda Mömünə xatun məqbərəsi. Səhv eləmirəmsə, onun 800 ildən artıq yaşı var (dəqiqləşdirdim, memar Əcəmi Naxçıvani 12-ci əsrdə tikib). Təsəvvür edirsinizmi? O qədim ulu babalarımızın ən primitiv texnologiyalarla tikdiyi abidə 8 əsrdən çoxdur yaşayır, yalnız təzəlikcə dövlət səviyyəsində onun abadlaşdırılmağına, təmirinə vəsait ayrıldı. Sovetin dağılmağından isə 35 il keçib, artıq onun əsas “abidələri” yoxdur.

Memar Əcəminin 800 il əvvəl tikdiyi abidə düz durur, bizim “Memar Əcəmi” istiqamətində 1967-ci ildə qazdığımız tunel səhv çıxır...

P.S. Arada SSRİ bayrağını qaldıran səfehlərin bunu oxumağı vacib deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026

03 Avqust 2026