Onlayn ictimai-siyasi qəzet
Həqiqətən, qəribə zəmanəyə düşmüşük. Kimsə kiminsə təpəsinə bomba yağdırır, ara yerdə bizi günahkar elan edirlər. Sanki biz olmasaq bunlar mehriban dostlara çevrilərmiş.
Bütün sahələrdə belə həyasızlıq baş alıb gedir. Axund azyaşlı qızı qoltuğuna vurub kəndə qaçırdıb. Rəhmətlik Elçin Səlcuq demişkən, “mızqlet” jurnalistlər qızın atasından intervü almışdılar. Sonra qız və axund bu halətə dözməyib canlı yayıma çıxdılar. Məlum oldu ki, sən demə qızın yetkinlik yaşına çatmağına ay yarım qalıbmış, başqa hər şey eşq-məhəbbət, Rome-Cülyetta qanunlarına uyğun gəlir.
Açıq yazsam, mən o qızın danışığına baxanda axunda yazığım gəldi. Bədbəxt oğlu onu gələcəkdə gözləyənlərdən bixəbərdir. Hətta daha uzaqgedən nəticə çıxardaraq axundun qızı deyil, qızın axundu qaçırtdığı qənaətindəyəm. O açıqlamalardan görünən bu idi. Məsələn, xanım qız deyirdi: “Biz bir-birimizi 3 ildir sevirik, indi də sevgimizə sahib çıxmışıq. Burda qeyri-qanuni heç nə axtarmaq lazım deyil”.
Əlbəttə. Heç kim sevgiyə qarşı çıxa bilməz. Ona qalsa Makron da müəlliməsi ilə evlənmişdir. Hətta bəzi pisnəzərlilər internetdə şit zarafat paylaşırlar, yazırlar ki, Makron öz arvadının 1-ci ərindən olan uşaqlardan yaşca balacadır, yəni adam faktiki öz ögey övladlarından kiçikdir və ailənin ən balacasıdır.
Hamısı paxıllıqdandır. Yaşın nə fərqi var ki, İlhamə xanım demişkən. Əsas ölkədəki insan hüquqları və azadlıqlarına əməl olunmasıdır.
Ancaq xanım əfəndimizin “3 idir bir-birimizə aşiqik” kəlməsi axundla qızın münasibətlərinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməlidir, çünki məntiqlə qızın indi 17 yaşı varsa, axundla 14 yaşından sevişirlər. Bu isə, yumşaq yazsam, qanunsuz haldır.
Əlbəttə, bizim bölgədə belə əhvalatlara 1400 ildir yaşıl işıq (rəngin bütün mənalarında) yandırılıb. Prosesin əsasını qoyan ağsaqqal 9 yaşında uşaqla evlənmişdir, biz nə qoyub, nə axtarırıq? 4 övrət almağa da yuxarıdan lisenziya vardır. Allah Mirzə Cəlilə rəhmət eləsin, onun “Ölülər” əsərində bu cür proseslər bütün detallarına qədər təsvir edilibdir. Hətta Şeyx Nəsrullah ilk dəfə Danabaş kəndinə varid olanda belə soruşur: “Bəs bacılar hanı, bacıları görmürəm?”. Yəni, siz mənə arvad toplayın gətirin, sizin hənalı saqqalınız nəyimə gərəkdir.
Mən Alim Qasımovdan da şübhələnirəm. Soruşun niyə. Demək, həmin bu gözəl oba ki, var - məscidin imamı azyaşlını qaçıran kəndi nəzərdə tuturam – onun ən məşhur sakinlərindən biri Alim müəllimdir. Xalq artisti, uçan palaz üzərində muğam, şadlıq sarayında rep oxumaq üzrə dünya şöhrətli sənətkar. Alim müəllim həmin kənddə bir aralar hətta soyuqdan donurdu, şikayət və naləsi asimana bülənd olmuşdu. Əlaqədar təşkilatlar narazılığı aradan qaldırdılar, Alim müəllimin qaz təchizatını tənzimlədilər. Görünür, başları sənətkarın qazına qarışdığı üçün elin qızını nəzarətsiz qoyublar, o da imama qoşulub qaçmışdır. Çətindir. Gərək ya qaz təchizatına baxasan, ya da qız təchizatına. İkisi eyni anda mümkün olmur.
Heç yaxşı deyil. Bu cür mövzulara görə xalqın məscidlərə ziyarəti azalar, din-iman əldən gedər. Üstəlik, cənub tərəfdə imanın ən mübarək toçkalarından birində vəziyyət gərgin olan vaxtda.
İndi gözləyək, görək Tramp haçan açıqlamasını verir: “Əgər mən prezident olsaydım məsciddə ancaq Allaha dua eləyərdilər”.
04 Iyun 2026
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
01 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ