Onlayn ictimai-siyasi qəzet
ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardım və Rusiyaya qarşı əlavə sanksiyalar nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması üçün səs verib.
Musavat.com The Hill qəzetinə istinadən xəbər verir ki, Palata Ukraynanı dəstəkləmək üçün qanunvericilik təşəbbüsü ilə bağlı səsvermənin yolunu açan prosedur təklifinə 218 lehinə, 204 əleyhinə səs verib.
The Hill qeyd edir ki, bu təşəbbüs ABŞ prezidenti Donald Trampın mövqeyinə ziddir və Palatanın Xarici İşlər Komitəsinin üzvü, Demokrat Nümayəndə Qreqori Miks tərəfindən irəli sürülüb.
Sənəd Kiyevə 8 milyard dollarlıq hərbi kredit, ABŞ-ın Ukraynaya Müdafiə Yardımı (USAI) proqramının 2027-ci ilə qədər uzadılmasını və Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdə tutur.
Qeyd edək ki, qanun layihəsinin ümumi müzakirəyə çıxarılması Respublikaçılar arasında da sayı az olmayan Ukrayna tərəfdarlarının Tramp administrasiyasına ciddi xəbərdarlığı hesab olunur. Bu addım Ağ Evin Rusiyaya qarşı sanksiyaları tədricən yumşaltmasına olan böyük narazılığın təzahürü kimi qiymətləndirilir. Respublikaçıların ona səs verməsi qarşıdan gələn ara seçkilər ərəfəsində seçicilərin rəyinə uyğunlaşmaq cəhdi kimi də dəyərləndirilir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ