İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO

Türkiyənin informasiya məkanında Yunanıstan ərazisindəki hərbi obyektlər və silah-sursat anbarlarının yerləşdiyi nöqtələri göstərdiyi bildirilən geniş xəritə yayılıb.

Musavat.com xəbər verir ki, Yunanıstan mediasının məlumatına görə, gizli məlumatı “OSINT Task Force Greece” adlı açıq mənbəli kəşfiyyat qrupu hazırlayıb.

Qrup bildirir ki, Yunanıstanın hərbi infrastrukturu ilə bağlı məlumatların toplanmasına bu ilin mayından başlanılıb. Açıq mənbələr, peyk görüntüləri və internetdə mövcud məlumatların müqayisəsi nəticəsində hərbi obyektlər və sursat anbarları barədə geniş məlumat bazasının yaradıldığı bildirilir.

Yunan mənbələrinin yazdığına görə, materiallarda ölkənin müxtəlif bölgələri, o cümlədən Evros, Makedoniya və Attika, həmçinin Rodos, Krit, Samos, Lesbos və Limni adalarındakı hərbi infrastruktura dair məlumatlar yer alır. Təhlükəsizlik səbəbindən obyektlərin dəqiq koordinatları açıqlanmır.

Məsələ Ankara ilə Afina arasında Egey dənizində gərginliyin yenidən artdığı vaxta təsadüf edir. Türkiyə Müdafiə Nazirliyi son olaraq Rodosda daimi hərbi PUA bazasının qurulmasına etiraz edib və belə bir addımın adanın silahsızlaşdırılmış statusuna zidd olacağını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR