Onlayn ictimai-siyasi qəzet
Avropa Rusiya maliyyə nazirinin ABŞ-da keçirilən G20 sammitində iştirakından narazı qalıb.
Musavat.com xəbər verir ki, Anton Siluanov ABŞ-ın Aşvil şəhərində keçirilən G20 maliyyə nazirlərinin görüşündə Ukraynada işğalçı müharibə başlayandan bəri ilk dəfə iştirak edib və ABŞ maliyyə naziri Skott Bessentlə görüş keçirməyi bacarıb.
Lakin avropalılar rusiyalı naziri açıq qollarla qarşılamayıblar.
Almaniya və digər Aİ ölkələrinin nümayəndələri Siluanov onlarla birlikdə görünsə, ənənəvi qrup şəklini boykot edəcəkləri ilə hədələyiblər. Nəticədə rusiyalı nazir fotoda olmadı, amma Bessentlə şəkil çəkdirdi.
Almaniya vitse-kansleri Lars Klinqbeyl də Ukraynaya qarşı müharibə ilə bağlı Rusiya nümayəndəsi ilə birbaşa qarşılaşdığını bildirib. O, həmçinin ABŞ-ı ayrıca tənqid etdi: "Ona adi qonaq kimi yanaşmaqdansa, ABŞ-ın aydın mövqeyini üstün tutardım".
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ