İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp-Putin görüşü məsələsinə 2 günə aydınlıq gətiriləcək

ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə görüşün təşkili ilə bağlı həftənin sonlarında daha dəqiq mövqeyə malik olacaq.

Musavat.com xəbər verir ki, bunu Tramp Ağ Evdə jurnalistlərə deyib: “İki gün ərzində bizə nə edəcəyimiz barədə məlumat veriləcək”.

O qeyd edib ki, Ukrayna nizamlanması ilə bağlı “çox şey baş verir”.

Amerika lideri onu da vurğulayıb ki, əgər ABŞ-Rusiya sammiti baş tutsa, o, bu görüşdə irəliyə doğru real addımlar atılmasına çalışacaq.

Bununla belə, suallara cavab olaraq o, belə danışıqların vaxt itkisi olacağına inanmadığını bildirib: "Mən bunu demədim".

Tramp həmçinin bildirib ki, o, münaqişənin hər iki tərəfinin sülh istədiyinə inanır: "Putin bunun bitməsini istəyir və  Zelenski də bunun bitməsini istəyir. Ona görə də məncə, bunun bitəcəyini düşünürəm".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR