Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İrana yönəlik son dərəcə sərt və açıq təhdidlərlə çıxış edib.
Musavat.com xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı bəyanatda ABŞ-ın nəhəng hərbi donanmasının İran istiqamətində hərəkətə başladığını bildirib.
Trampın sözlərinə görə, İrana doğru irəliləyən “kütləvi armada” böyük sürət, güc və məqsədlə hərəkət edir. O vurğulayıb ki, donanmanın başında “Abraham Lincoln” aviadaşıyıcısı dayanır və bu qüvvə vaxtilə Venesuelaya göndərilən donanmadan daha böyükdür.
“Venesuela ilə olduğu kimi, bu donanma da missiyasını lazım gələrsə, sürət və zorakılıqla qısa müddətdə yerinə yetirməyə hazırdır”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti İrana çağırış edərək bildirib ki, Tehran dərhal danışıqlar masasına əyləşməli və ədalətli razılaşmaya razı olmalıdır. Onun sözlərinə görə, bu razılaşmanın əsas şərti İranın nüvə silahından tam imtina etməsidir.
“Vaxt sürətlə tükənir, məsələ olduqca təcildir. Mən İrana əvvəllər də demişdim: razılaşma bağlayın. Onlar bunu etmədilər və nəticədə ‘Operation Midnight Hammer’ həyata keçirildi – bu, İran üçün böyük dağıntılarla nəticələndi. Növbəti hücum daha dəhşətli olacaq. Bunun yenidən baş verməsinə imkan verməyin”, – deyə Tramp bəyan edib.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ