Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdə yüksək hazırlıq vəziyyətinə gətirilib.
Musavat.com xəbər verir ki, “Axios”un məlumatına görə, ABŞ hərbi qüvvələri İranın mümkün cavab zərbəsinə hazır vəziyyətə gətirilib.
Bu məlumat ABŞ-ın Larak adasında SEPAH-a məxsus raket qurğularına zərbələr endirməsindən sonra yayılıb. ABŞ rəsmisinin sözlərinə görə, zərbələrin məqsədi İranın Hörmüz boğazında dəniz minaları yerləşdirmək üçün istifadə edə biləcəyi raket qurğularını məhv etmək olub.
SEPAH isə ABŞ-ın Larak adasına hücumuna cavab veriləcəyini açıqlayıb. İran tərəfi hücum nəticəsində hərbçilər və mülki şəxslər arasında ölən və yaralananların olduğunu bildirib.
Beləliklə, ABŞ-İran qarşıdurmasında gərginliyin yenidən artması və İranın mümkün cavabının bölgədə vəziyyəti daha da kəskinləşdirməsi ilə bağlı narahatlıqlar güclənir.
Musavat.com
31 Avqust 2026
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ