İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar İrəvanda kirayə ev və iş axtarırlar-REPORTAJ

Novaya qazeta”: “İrəvanda uzunmüddətli kirayələrin qiyməti 30-40 faiz bahalaşıb, ucuz hostellərdə və otellərdə yer tapmaq da çətinləşib”

Rusiyada yeni səfərbərlik ehtimalı ilə bağlı yayılan xəbərlər, repressiyaların güclənməsi, internet məhdudiyyətləri və dron hücumları ölkəni tərk etmək istəyənlərin sayını yenidən artırıb. Musavat.com xəbər verir ki, bu barədə “Novaya qazeta” geniş məqalə yazıb. Bildirilir ki. rusiyalıların üz tutduğu Ermənistandır bu dəfə onları 2022-ci ildəki kimi ucuz və rahat həyatla qarşılamır.
Ermənistandakı relokasiya qruplarında son həftələrdə ciddi canlanma müşahidə edilir. İrəvanda uzunmüddətli yaşayış yeri axtaran rusların sayı sürətlə artır. Bəzi şəxslər artıq sentyabrın ortalarında Ermənistana gələcəklərini bildirərək təcili şəkildə otaq və mənzil axtarırlar.
Недавно приехавшие в Армению перед началом лекции. Фото: Андрей НовашовTələbin artması isə Ermənistanın mənzil bazarında özünü dərhal göstərib. İrəvanda uzunmüddətli kirayələrin qiyməti son dövrdə 30-40 faiz yüksəlib. Ucuz hostellərdə və otellərdə yer tapmaq da çətinləşib. Buna görə yeni gələnlərin bir hissəsi paytaxtdan kənarda – Gümrü və İrəvan ətrafında məskunlaşmağa başlayıb.
Nəşr yazır ki, Rusiyadan gələnlərin hekayələri isə yeni dalğanın səbəblərinin kifayət qədər ciddi olduğunu göstərir.
Onlardan biri olan Sergey Rusiyanı tərk etmək qərarını mümkün səfərbərlik, sərhədlərin bağlanması ehtimalı, yeni qadağalar və gündəlik həyatda artan məhdudiyyətlərlə əlaqələndirir. O, həmçinin yaşadığı ərazidə dronların uçuşlarının artdığını və bunun gecələr ciddi narahatlıq yaratdığını bildirir.
Lakin Sergey üçün Ermənistanın əsas problemi başqa yerdədir: ev və iş tapmaq. Onun sözlərinə görə, İrəvanda həm mənzil, həm də iş bazarında rəqabət kəskinləşib. Kiçik İT təcrübəsinin yeni ölkədə iş tapmasına kömək edəcəyinə ümid edir.
Отделение Арарат-банка в Ереване. Фото: Андрей НовашовBaşqa bir rusiyalı – Aleksey isə məhz yüksək kirayə qiymətlərinə görə Ermənistanı seçimlər siyahısından çıxarıb. Onun sözlərinə görə, İrəvanda bir otağa ödəyəcəyi məbləğə başqa postsovet ölkəsində bütöv mənzil kirayələmək mümkündür. Ermənistana gələnlərin arasında Rusiyada siyasi təqiblərdən qorxanlar da var.
43 yaşlı Yuri bunun ən diqqətçəkən nümunələrindən biridir. Sankt-Peterburqda yaşayan Yuri sosial şəbəkələrdə hakimiyyəti tənqid edən satirik yazılar dərc edib. Mitinqdə polisə etiraz etdiyinə görə 14 sutka həbs cəzası alıb. Daha sonra Rusiya İstintaq Komitəsindən onun sosial şəbəkələrdəki paylaşımları ilə bağlı izahat verməsi tələb olunub.
Yuri istintaq orqanına getmək əvəzinə Rusiyanı tərk edib və Ermənistana uçub. Hazırda Gümrüdə yaşayır və iş axtarır.
Amma hüquq müdafiəçiləri xəbərdarlıq edir: Ermənistan siyasi təqibdən qaçan hər kəs üçün problemsiz sığınacaq deyil.
На мероприятии для новых релокантов. Фото: Андрей НовашовOnların sözlərinə görə, Rusiyada siyasi motivli cinayət işi olan şəxslər Ermənistan ərazisində də ciddi hüquqi risklərlə üzləşə bilərlər. Rusiya və digər MDB ölkələrinin axtarış bazasına düşən şəxslər Ermənistan sərhədində saxlanıla və onların işi ilə bağlı Rusiyaya sorğu göndərilə bilər.
Belə vəziyyətə düşən şəxslər sonradan Ermənistanı tərk etməkdə də çətinlik çəkə bilərlər. Hüquq müdafiəçiləri bildirirlər ki, onların azadlığa buraxılması mümkün olsa belə, təhlükəsiz üçüncü ölkəyə çıxarılması aylarla, hətta illərlə çəkə bilər.
Bu baxımdan Ermənistanın paradoksu ortaya çıxır: ölkə Rusiyadan qaçanlar üçün əlçatan və ilkin mərhələdə rahat istiqamət olaraq qalır, lakin siyasi təqib altında olanlar üçün son dayanacaq olmaqdan uzaqdır.
Yeni dalğada təkcə İT mütəxəssisləri və mühəndislər deyil, həkimlər də Ermənistana maraq göstərirlər. Hüquq müdafiəçiləri son aylarda həkimlərdən gələn müraciətlərin kəskin artdığını bildirirlər. Bunun Rusiyada hərbi qeydiyyat və mümkün səfərbərlik təzyiqləri ilə bağlı olduğu ehtimal edilir.2022-ci ildə Ermənistan yüz minlərlə rusiyalı üçün əsas relokasiya məkanlarından birinə çevrilmişdi. Sonrakı illərdə onların əhəmiyyətli hissəsi Rusiyaya qayıtdı və ya Avropa və digər ölkələrə köçdü. İndi isə yeni dalğanın əlamətləri yenidən görünür. Ən ciddi siqnal isə mənzil bazarından gəlir. İrəvanda kirayələrin 30-40 faiz bahalaşması və ucuz yaşayış yerlərinin sürətlə azalması Rusiyadan gələn yeni axının artıq real iqtisadi təsir yaratdığını göstərir.


Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR