İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya uduzsa, Ermənistan...” – SENSASİON AÇIQLAMALAR

“Nikol Paşinyan sülh sazişini ABŞ-nin iştirakı ilə imzalamağa üstünlük verməklə ölkəsinə ABŞ-dən müasir texnologiya və investisiya cəlbini hədəfləyirdi. Trampın belə bir nəticədən qazancı Nobel mükafatı almaq olardı, amma qoca qitə buna imkan vermədi”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bu fikirləri Zəngəzur dəhlizi – TRIPP marşurutu ilə bağlı davam edən müzakirələrə, həmçinin İrandan Ermənistana ünvanlı xəbərdarlıqlara reaksiyası zamanı Musavat.com-a özəl açıqlamasında bildirib.

Milli Məclisin üzvü qeyd edib ki, TRIPP ABŞ üçün böyük əhəmiyyət daşıyan layihə deyil.

qudret.jpg (90 KB)

Qüdrət Həsənquliyevin sözlərinə görə, Rusiyanın xeyir-duası olmasa, onun gerçəkləşməsi çətin görünür:

“Paşinyan sadəcə məharətlə oyun oynayıb, vaxt udur”.

Deputat bir məqama da diqqət çəkib:

“Hazırda Ermənistanda yenidən növbədənkənar seçki məsələsi müzakirəyə çıxarılıb. Beləliklə, nə konstitusiyanı dəyişirlər, nə də yolun tikintisi üçün qətiyyətli addım atırlar. Ermənistan Rusiyanın Ukrayna ilə savaşının sonunu gözləyir, Rusiya uduzsa, ona “atacaq”. Rusiyanın dəstəyi ilə hakimiyyətə gələn Paşinyan hazırda ciddi qərarları Kremllə razılaşdırır. Sadə insanlar üçün yaradılan qarşıdurma savaşı sadəcə tamaşadır”.

Qüdrət Həsənquliyev Paşinyanın növbəti məsləhətləşmələr üçün Moskvaya səfər edəcəyinə də diqqət çəkib. Ardınca vurğulayıb ki, Azərbaycan Ermənistanın sülh prosesinə inanırsa, sülh sazişi olmasa belə, onunla diplomatik əlaqə qurmalıdır, Yaponiya ilə Rusiya kimi:

“Türkiyə də Ermənistanla təcili sərhədləri açmalı, Ermənistanla yaxınlaşmalı, Ermənistan üçün Avropaya çıxış olmalıdır. Bölgə üçün ən uğurlu qərar Türkiyə, Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə sülh sazişinin imzalanması olar”.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR