Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi verdiktləri (hökm) gözləyəcək.
TASS xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“İstintaq hərəkətləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bu, Azərbaycanın haqqıdır, biz rəsmi verdiktləri gözləyəcəyik”, - Peskov deyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bildirib ki, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcək, bunun üçün müəyyən sənədlər hazırlanır.//APA
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ