Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara xərclədiyi vəsaitin məbləği açıqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Pentaqonun maliyyə idarəsinin rəhbəri vəzifəsini icra edən Kuls Herst Nümayəndələr Palatasının müvafiq komitəsində keçirilən dinləmələr zamanı bəyanat verib.
Herst çıxışında ABŞ-nin bu əməliyyatlara indiyədək təxminən 25 milyard dollar xərclədiyini vurğulayıb:
"Hazırkı vaxta qədər xərclərimiz təqribən 25 milyard dollar təşkil edir".
Mütəxəssisin sözlərinə görə, ayrılan vəsaitin böyük bir hissəsi döyüş sursatlarının tədarükünə və istifadəsinə sərf olunub. Pentaqon rəsmisi xərclərin artan dinamika ilə davam edə biləcəyinə də diqqət çəkib.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ