İnsanlara hürriyət, millətlərə istiqlal!

Ofisiantlardan iyrənc addım - Turistlərin yeməyinə sidik qatdılar - FOTO

Gürcüstanda rusiyalı turistlərə qarşı edilən xoşagəlməz hərəkətlərlə bağlı paylaşımlar yayılıb.

Musavat.com xəbər verir ki, hər şey Batumidə əvvəllər ofisiant işləyən şəxsin danışdıqları ilə başlayıb.

O, rusiyalı turistlərin sifariş etdiyi xəngəlin qiyməsinə sidik qatdığını deyib. Onun sözlərinə görə, turistlər bundan xəbərsiz qalıb və hətta yeməyi tərifləyiblər.

Şərhlərdə başqa şəxslər də oxşar hərəkətlər etdiklərini yazıblar. Bəziləri rusiyalı turistlər üçün hazırlanan xaçapuriyə tüpürdüklərini, digərləri isə hotellərdə onların qaldığı otaqlarda yataq dəstlərini qəsdən dəyişmədiklərini bildiriblər.

Bəzi şəxslər isə ekskursiyalar zamanı rusiyalı turistləri təhlükəli vəziyyətlərdə qoyub getdiklərini yazıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR