Onlayn ictimai-siyasi qəzet
Naxçıvan Beynəlxalq Hava Limanında yeniyetmə qıza qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl aeroportun daxilində baş verib.
Belə ki, Bakıya getmək üçün hava limanına gələn E.Süleymanov (şərti) orada adam gözləyən 2011-ci il təvəllüdlü Aytəni (şərti) görüb. O tanış olmaq məqsədilə qıza yaxınlaşıb. Lakin müsbət cavab almadığından onların arasında insident baş verib. E.Süleymanov qızın telefonla kiminləsə danışmaq istədiyini görərək ona hücum edib və mobil cihazı əlindən almağa çalışıb.
Aytənin orada işləyən şəxslərdən kömək istəməsindən sonra həmin şəxs saxlanılıb. Polis onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edərək məhkəməyə göndərib.
Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə E.Süleymanov 9 sutkalıq inzibati həbs edilib.
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ