İnsanlara hürriyət, millətlərə istiqlal!

Narahatlığa qarşı “ağıllı” krossovkalar

Nike şirkəti narahatlıq hissini azaltmağa yardım etdiyini iddia etdiyi yeni “ağıllı” krossovka xəttini təqdim edib.

Musavat.com xəbər verir ki, brend bu seriyanın hazırlanmasında neyrobioloqlarla birgə çalışdığını bildirir.

Məlumata görə, Mind 001 və Mind 002 adlanan modellərin əsas fərqi altlıq quruluşundadır: altlığa inteqrasiya edilmiş xüsusi köpük kürəciklər (pena elementlər) yerimə zamanı ayaqaltı təzyiqi və sensor təsiri artıraraq qan dövranını və beyin aktivliyini stimullaşdırmağa kömək etməlidir. Şirkətin təqdimatında bu texnologiyanın insanın “daha rahat hiss etməsi” və gərginliyin azalması ilə bağlı effekt verə biləcəyi vurğulanır.

Nike-in açıqlamasına əsasən, Mind seriyası məhz gündəlik istifadə zamanı yaranan stres və gərginlik fonunda, bədənin “özünü tənzimləmə” mexanizminə dəstək ideyası ilə hazırlanıb. Bununla belə, belə məhsulların hər kəsdə eyni nəticə verməyə biləcəyi də nəzərə alınmalıdır: ayaqqabının yaratdığı rahatlıq hissi, əsasən, fərdi həssaslıqdan və istifadə tərzindən asılı olur.

Qeyd olunur ki, Mind 001 və Mind 002 modelləri artıq satışa çıxarılıb. Seriyanın qiyməti təxminən 100 ABŞ dolları civarında göstərilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR