İnsanlara hürriyət, millətlərə istiqlal!

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdəki ABŞ hərbi bazasında baş vermiş insidentlə bağlı təşviş doğuran məlumat yayılıb.

Vaşinqton Post nəşrinin mənbələrə istinadən verdiyi xəbərə görə, hərbi bazada qeydə alınan hücum və ya insident nəticəsində 6 ABŞ hərbçisi həlak olub.

Musavat.com xəbər verir ki, hadisənin təfərrüatları hələlik tam açıqlanmasa da, regionda artan gərginlik fonunda bu xəbər Vaşinqtonda ciddi rezonans doğurub. ABŞ rəsmiləri hadisənin səbəblərini araşdırdıqlarını bildiriblər.

Qeyd edək ki, son günlər İran-ABŞ qarşıdurması və Hörmüz boğazındakı gərginlik fonunda regionda təhlükəsizlik tədbirləri maksimum həddə çatdırılıb. Hərbi ekspertlər bu insidentin Yaxın Şərqdəki hərbi mövcudluq və ABŞ-ın regiondakı strateji planlarına təsir edə biləcəyini vurğulayırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR