İnsanlara hürriyət, millətlərə istiqlal!

Muxtar Babayevdən iqlim dəyişikliyi ilə bağlı mühüm açıqlama

"İqlim dəyişikliyi artıq insanların elmi hesabatlar və gələcək proqnozlar vasitəsilə xəbərdar olduğu bir məsələ deyil: isti hava, quraqlıq, meşə yanğınları, su qıtlığı, ərzaq sistemləri, səhiyyə və infrastruktur üzərində artan təzyiq və s. Biz onu görürük, hiss edirik və getdikcə onun bədəlini ödəyirik".

Musavat.com xəbər verir ki, bunu COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakı İqlim Faəliyyəti Həftəsinin açılış mərasimində bildirib. M.Babayev qeyd edib ki, dövlətlər iqlim dəyişikliyi ilə bağlı qərarları yalnız həll edə bilməz:

“Ən həssas ölkələr, xüsusilə kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün risklər daha da yüksəkdir. Tək bir fəlakət belə həyati əhəmiyyət daşıyan infrastrukturu məhv edə bilər.
İqlim qərarlarının icrası mümkündür. Antalyada keçiriləcək COP31 icranı yeni mərhələyə keçirməkdir”, -deyə M.Babayev bildirib.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR