İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna PUA-ları Rusiyanın dərinliklərini VURDU: Çuvaşiya və Tatarıstanda həyəcan siqnalı

Gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Çuvaşiya Respublikasının ərazisinə hücum təşkil edib.

Musavat.com xəbər verir ki, Çuvaşiya qubernatoru Oleq Nikolayev hücum nəticəsində mobil rabitə qülləsinə ziyan dəydiyini bildirib. Qubernatorun sözlərinə görə, insident zamanı insan tələfatı və ya yaralanan olmayıb.

Bu hücumla yanaşı, Rusiya Teleqram kanallarının və rəsmi mənbələrin yaydığı məlumata görə, Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Tatarıstanın Aşağı Kama (Nijnekamsk) rayonuna qarşı həyata keçirilən kütləvi PUA hücumunu dəf edib.

Müvafiq qurumlar hazırda regionda dron təhlükəsinin tam aradan qaldırıldığını bəyan ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR