Onlayn ictimai-siyasi qəzet
İrəvanın kənarında baş verən silahlı insident faciə ilə nəticələnib.
Musavat.com xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, 15 yaşlı yeniyetmə isə yaralanaraq xəstəxanaya çatdırılıb.
Ermənistanın Shamshyan.com saytının məlumatına görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası zərərçəkmiş şəxsin öldüyünü təsdiqləyib.
Hadisə yerində çoxsaylı gilizlər, qan izləri və güllə dəymiş avtomobillər aşkarlanıb. Bədən xəsarətləri alan 15 yaşlı yeniyetmə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, hadisə yerində 30-dan çox atəş açılıb. Hadisənin səbəbləri və atəşi açan şəxslərin kimliyi araşdırılır.
Musavat.com
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ