İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Trampın həmin açıqlamasına elə cavab verdi ki... - Yer yerindən oynayacaq!

İran rəsmiləri və dövlət mediası ABŞ prezidenti Donald Trampın İran həbsxanalarından amerikalı vətəndaşın azad edilməsi barədə verdiyi bəyanatı qəti şəkildə rədd edib.

Musavat.com xəbər verir ki, "IRIB News" agentliyinin yaydığı məlumata görə, İran tərəfi ölkə həbsxanalarında saxlanılan hər hansı ABŞ vətəndaşının azad olunması və ya mübadilə edilməsi faktını tamamilə təkzib edib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp özünün "Truth Social" hesabında bir ABŞ vətəndaşının azadlığa buraxıldığını iddia etmiş, onun vəkili Cared Genser də müştərisinin azad olduğunu təsdiqləmişdi. Lakin Tehranın rəsmi mövqeyi bu məlumatla ziddiyyət təşkil edərək, vəziyyətdə ciddi diplomatik anlaşılmazlığın olduğunu ortaya qoyur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR