Onlayn ictimai-siyasi qəzet
Binəqədidəki “Lake Hotel”də 3 gün öncə baş verən bədbəxt hadisə zamanı həlak olanlardan Eltac Əliyev Gəncə Dövlət Universitetinin tələbəsi olub.
Musavat.com “Gencexeber”ə istinadən xəbər verir ki, o, GDU-nun Pedaqoji fakültəsinin “Məşqçilik” ixtisası üzrə 2-ci kurs tələbəsi imiş.
Tərtər rayonunun Köçərli kənd sakini olan E.Əliyev dərslərdə yaranan qısa fasilədən istifadə edərək Gəncədən Bakıya, ailəsinin yanına gəlibmiş. Maddi çətinliklərlə üzləşən 19 yaşlı gənc bu səbəbdən paytaxtın Binəqədi rayonunda yerləşən “Lake Hotel”də müvəqqəti işə düzəlibmiş.
Qeyd edək ki, noyabrın 21-i Eltac Əliyev və daha üç restoran əməkdaşı - 27 yaşlı Cavidan Muradlı, 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalov hotelin həyətinə dəmir konstruksiyalı pilləkəni apararkən onları cərəyan vurub.
Faktla bağlı cinayət işi açılıb, hotelin icarədarı həbs olunub.
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ