Onlayn ictimai-siyasi qəzet
İrlandiyada müsəlman şagird İrfan Uddin Qazi məktəbdə irqçi hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, 16 oktyabrda Müqəddəs Cərlat Kollecində baş verən hadisənin görüntüləri sosial mediada geniş qəzəbə səbəb olub.
Hakimiyyət orqanları hücum edən şagirdlərlə bağlı araşdırmaya başlayıb.
İrlandiyanın Qoluey qraflığında müsəlman şagird İrfan Uddin Qazi məktəbdə irqçi bir qrup tərəfindən hücuma məruz qalıb. Hücum mobil telefon kamerası ilə lentə alınıb və geniş qınağa səbəb olub.
İrlandiyada yaşayan müsəlman icması və insan haqları müdafiəçiləri hakimiyyət orqanlarına müraciət edərək hücumu "irqçiliyin və İslamofobiyanın açıq-aşkar nümayişi" adlandırıblar. Hadisə ilə bağlı araşdırma başlanılıb və məktəb rəhbərliyi hücumda iştirak edən şagirdlərin müəyyən edildiyini və intizam tədbirlərinə məruz qaldığını açıqlayıb.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ