İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir Hindistana apardığı hədiyyəni Modiyə verə BİLMƏDİ - ŞOK SƏBƏB

Belçikanın baş naziri Bart de Vever  hindistanlı həmkarı Narendra Modiyə "Hindistan darvazası"nın şokoladdan hazırlanmış nüsxəsini hədiyyə edə bilməyib. Belə ki, hədiyyə istilər səbəbindən yolda əriyib.

Musavat.com xəbər verir ki, bu barədə baş nazir Nyu-Delidə Modi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, "Hindistan darvazası" Nyu-Delidə Birinci Dünya müharibəsi zamanı həlak olmuş Britaniya hindu əsgərlərinin xatirəsinə ucaldılmış zəfər tağıdır.

De Vever "Hindistan darvazası"nın onun səfərinin əsas məqsədini rəmzi olaraq ifadə etdiyini vurğulayıb. Onun sözlərinə görə, Belçika və Hindistanı ümumi tarix bağlayır və hazırkı "gərgin geopolitik şəraitdə" hər iki ölkə firavanlıq və təhlükəsizlik naminə birgə çalışa bilər.

"Bizim bir-birimizə təklif edəcəyimiz çox şey var", - deyə Belçika Baş naziri bəyan edib.

Səfər çərçivəsində Belçika və Hindistan nümayəndə heyətləri ekoloji cəhətdən təmiz energetika, beynəlxalq cinayətkarlıqla mübarizə, müdafiə və diplomatik əməkdaşlığı əhatə edən dörd saziş imzalayıblar.

Bundan əlavə, nümayəndə heyəti ilə birgə Nyu-Deliyə gələn Belçikanın müdafiə naziri Theo Francken müdafiə sənayesi sahəsində daha on əməkdaşlıq sazişinin bağlandığını elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR