Onlayn ictimai-siyasi qəzet
Bakıda qonşusuna kəllə ilə zərbə vuran qadın cəzalandırılıb.
Musavat.com oxu.az-a istinadla xəbər verir ki, Sabunçu rayonunda iki qonşu qadın arasında baş verən mübahisə məhkəmədə yekunlaşıb.
Hadisə uşaqların küçədə futbol oynaması ilə bağlı baş verib. Zərərçəkmiş A.Əliyeva izahatında bildirib ki, top onun üzünə gəlməsə də, azyaşlıya irad bildirdiyi üçün qonşusu B.Məmmədova tərəfindən mübahisə başlayıb.
Mübahisə evin həyətinə qədər davam edib və bu zaman B.Məmmədova A.Əliyevanın sifətinə kəllə ilə zərbə vurub. Hadisə nəticəsində zərərçəkənin burnundan qan gəlib. Daxili İşlər Nazirliyinə edilən zəngdən sonra məsələ polis tərəfindən araşdırılıb.
Sabunçu Rayon Məhkəməsi B.Məmmədovanı Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilib və ona yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ