Onlayn ictimai-siyasi qəzet
Biləsuvar rayonunun Bağbanlar kəndində ailədaxili münaqişə nəticəsində qadın həyat yoldaşını bıçaqlayıb.
Musavat.com "Teleqraf"a istinadən xəbər verir ki, əslən Yardımlı rayonundan olan, 1970-ci il təvəllüdlü Balahəsən Ağahüseyn oğlu Ağayev bıçaq xəsarəti ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıya dərhal tibbi yardım göstərilib, hazırda onun müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Kənd sakinlərinin sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib. İddialara əsasən, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri istintaq tədbirlərindən sonra məlum olacaq.
09 Sentyabr 2026
01:56 Dilimizi mükəmməl bilən erməni ekspertdən İrəvana SOS çağırışı – “Qərbi Azərbaycan”lılar gəlir
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ